Məşhur müğənninin "Ferrari"si rekord qiymətə SATILDI

Məşhur müğənninin "Ferrari"si rekord qiymətə SATILDI
Böyük Britaniyada 2007-ci il istehsalı olan "Ferrari 599 GTB Fiorano" markalı avtomobil aşağı, rekord qiymətə satılıb. 
Bu barədə "Collection cars" hərrac saytında məlumat yayılıb. 
86 min 800 dollara satılan avtomobil britaniyalı məşhur müğənni Erik Klaptona məxsus olub. "Ferrari"nin ifaçının xüsusi sifarişi ilə hazırlandığı deyilir. Klaptonun kolleksiyasında İtaliya brendinin ona yaxın avtomobili var. 
Qeyd edək ki, bu avtomobil 620 at gücünə malikdir və maksimal sürəti 330 kilometr saatdır.
Gundelik-Baku.Org