Rusiyada dövlət sektoruna xarici mesencerlərdən istifadə qadağan edildi

Rusiyada dövlət sektoruna xarici mesencerlərdən istifadə qadağan edildi
Rusiya Prezidenti Vladimir Putin Rusiya banklarına və dövlət sektoruna dövlət xidmətləri göstərərkən və əməliyyatlar həyata keçirərkən şəxsi məlumatların ötürülməsi üçün əcnəbi mesencerlərdən istifadə etməyi qadağan edən qanun imzalayıb.
Sənəd 2023-cü il martın 1-dən qüvvəyə minəcək.
Bildirilir ki, yeni qanun ödəniş sənədlərinin və vətəndaşların şəxsi məlumatlarının, pul köçürmələri haqqında məlumatların, hesablar haqqında məlumatların və ödənişlərin həyata keçirilməsi üçün zəruri olan məlumatların göndərilməsini, habelə informasiya sistemlərinin pul köçürmə imkanını təmin edən mesencerlərə qoşulmasını qadağan edir.
Qanunun şamil edildiyi xarici proqramların siyahısı Roskomnadzor portalında dərc olunacaq.
Mənbə: 1prime.ru
Gundelik-Baku.Org