Putin Kadırovun anasına "Şərəf" ordeni verdi

Putin Kadırovun anasına "Şərəf" ordeni verdi
Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun anasını "Şərəf" ordeni ilə təltif edib. 
Bu barədə müvafiq fərman oktyabrın 20-də rəsmi hüquqi informasiya portalında dərc olunub.
"Rusiya Qəhrəmanı Axmat Kadırov adına Regional İctimai Fondunun prezidenti Kadırova Aymani Nesievna fəal ictimai fəaliyyətinə görə təltif edilsin", - sənəddə deyilir.
Dövlət başçısı eyni mükafatın "Döyüş qardaşlığı" Ümumrusiya Veteranlar İctimai Təşkilatının Saratov vilayət bölməsi şurasının üzvü Aleksandr Yankloviçə və Mərkəzi Nəzarət və Audit İdarəsinin sədri İqor Yartıxın da verilməsi haqqında sərəncam imzalayıb.
Gundelik-Baku.Org