Çində karantin yenidən sərtləşdirildi

Çində karantin yenidən sərtləşdirildi
Çində koronavirusdan ölüm hallarının atmasına görə karantin tədbirləri sərtləşdirilib.
Pandemiya səbəbiylə ölüm hallarının qeydə alındığı Çinin paytaxtı Pekində bəzi məktəblər bağlanıb.  
Noyabrın 19 və 20-də Pekində yaşı 87-91 arasında olan üç nəfər koronavirusdan vəfat edib.
Noyabrın 20-də paytaxtda ümumilikdə 962 yeni yoluxma faktı aşkar edilib ki, onlardan 266-sı karantin zonalarından kənarda qeydə alınıb. Sürətli artımla yanaşı, digər şəhərlərdən Pekinə gələnlərə üç günlük karantin tələbi qoyulub.
Pekin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktor müavini Liu Xiaofeng ölkədə vəziyyətin kritik olduğunu açıqlayıb.
Gundelik-Baku.Org