Çində 33 min nəfər koronavirusa yoluxdu

Çində 33 min nəfər koronavirusa yoluxdu
Çin həkimləri son sutka ərzində 32 943 yeni koronavirusa yoluxma halı aşkar ediblər ki, bu da əvvəlki günlə müqayisədə 4 faiz çoxdur.
Bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi bildirib.
Məlumata əsasən, yeni yoluxma halları arasında 90,5 faiz asemptomatikdir. 29 840 asimptomatik xəstədən 186-sı xaricdən Çinə gəlib, qalanları isə ölkədə yoluxub.
Gün ərzində 3103 nəfərdə COVID-19- yoluxma faktı təsdiqlənib. Onlardan 62-si Çinə xaricdən gəlib.
Gundelik-Baku.Org