Telefonlarınızı burada istifadə etməyin: Xəstəlik...

Telefonlarınızı burada istifadə etməyin: Xəstəlik...
Telefonlar artıq hamımızın ayrılmaz hissəsidir. İstənilən yerdə, məkanda özümüzü onlarsız təsəvvür etmirik. Saatlarla mətn mesajları göndəririk, zənglər edirik və saysız-hesabsız sosial media hesablarına baxırıq. Amma təəssüf ki, bu özü ilə birlikdə müxtəlif riskləri də gətirir. Belə ki, elektron cihazların yaydığı mavi işıq gözümüzə zərər verdiyi kimi, hər zaman əlimizdə gəzdirdiyimiz telefonlar da sağlamlığımıza zərər verə bilər.
Əlavə hər hansı bir bədən üzvümüz kimi telefonları hər yerə özümüzlə aparırıq. Bura hətta lazım olmayan yerlər də daxildir. Məsələn, çox adam bunu gizlətsə də, ayaq yoluna smartfonlarla girənlər var.
Xarici media xəbər verir ki, dünyada 73 faiz insan tualetdə olarkən belə telefonla danışır.
Gənc nəsil arasında aparılan ekspert zamanı isə onların 93 faizi vanna otağında olarkən mesajlaşdıqlarını və oyun oynadıqlarını etiraf ediblər.
Ayaq yolunda telefon istifadə etmənin ən pis tərəfi gigiyenik olmamasıdır. Nə qədər təmizliyə riayət etsək də, burada smartfondan istifadə etmək mikrobların elektron cihazınıza keçməsinə səbəb olur. Bu isə birbaşa sağlamlığımıza zərər yetirir, o cümlədən müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Bununla yanaşı, ani bir hərəkətlə telefonu vannaya salmaq onu sıradan çıxa bilər.
Gundelik-Baku.Org