Bob Marlinin nəvəsinin maşında meyiti TAPILDI

Bob Marlinin nəvəsinin maşında meyiti TAPILDI
Dünyaca məşhur ifaçı Bob Marlinin nəvəsi vəfat edib.
Xarici KİV xəbər verir ki, onun 31 yaşlı nəvəsi Co Mersinin (əsl adı Cozef Marli) astmadan dünyasını dəyişdiyi bildirilir.
Onun ölümünün dəqiq səbəbləri barədə məlumat verilmir. O, maşında huşsuz vəziyyətdə tapılıb.
Qeyd edək ki, Co Marli 12 mart 1991-ci ildə anadan olub. İlk illərini Yamaykada keçirən Co sonra ailəsi ilə birlikdə Floridaya köçüb. O, Mayami-Deyd Kollecində studiya mühəndisliyi üzrə təhsil alıb.
Cozef Marli 2014-cü ildə səhnəyə çıxmışdı. Conun 2014-cü ildə “Comfortable” adlı mini albomu, 2021-ci ildə isə “Eternal” albomu çıxıb. O, həmçinin Yamaykanın “Morgan Heritage” qrupu ilə sonradan “ən yaxşı reqqi albomu” kimi “Grammy” mükafatına layiq görülən “Stricly Roots” albomu üçün trek yazıb.
Gundelik-Baku.Org