Kişi qızının yanında arvadının gözünü çıxardı - ÖZÜNÜ İSƏ... (YENİLƏNİB)

Kişi qızının yanında arvadının gözünü çıxardı - ÖZÜNÜ İSƏ... (YENİLƏNİB)
Gəncədə arvadını qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səttar Cəlilovun barəsində cinayət işi başlanılıb.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
*** 08:18
Gəncə şəhərində kişi həyat yoldaşının gözlərini çıxarıb, sonra isə intihar edib. Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.
Hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.
1982-ci il təvəllüldü Hüsniyə Quliyeva həyat yoldaşı - 1965-ci il təvəllüdlü Səttar Cəlilov tərəfindən bədəninin və gözlərinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadın əməliyyat edilib.
Xəstəxanadan bildirilib, ki qadının gözünün biri bu gün aputasiya ediləcək.
Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisədən sonra S.Cəlilov isə özünə bıçaqla xəsarət yetirərək intihar cəhd edib.
Faktla bağlı araşdırma aparılır
Gundelik-Baku.Org