Zeynəb Xanlarova illər sonra yenidən səhnədə

Zeynəb Xanlarova illər sonra yenidən səhnədə
Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova Azərbaycan Televiziyasının (AzTV) Yeni illə bağlı hazırladığı bayram proqramının çəkilişlərinə qatılıb.
Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı konsertinin çəkilişlərinə başlanılıb.
“Builki bayram konserti daha bir özəlliyi ilə diqqət çəkəcək. Belə ki, bayram konsertində tamaşaçılar illər sonra ilk dəfə Azərbaycanın Xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasını dinləyəcəklər”,-deyə AzTV-dən bildirilib.
Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi. 
 


Gundelik-Baku.Org