Bütün sosial ödənişlər verildi

Bütün sosial ödənişlər verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq qrafikdən əvvəl – bu gün ödənilib.
Bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bundan əvvəl dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 15-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, dekabr ayının bütün sosial təminat növləri üzrə ödənişləri bu gün yekunlaşıb.
Gundelik-Baku.Org