Bu cərimələr iki dəfə artırılır

Bu cərimələr iki dəfə artırılır
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr ikiqat artırılır.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliklə Məcəllənin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.
Məcəllənin hazırkı bəndinə əsasən isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Gundelik-Baku.Org