50 sahibkar qadın azad edilmiş ərazilərdə iş qurmaq istəyir

50 sahibkar qadın azad edilmiş ərazilərdə iş qurmaq istəyir
İşğaldan azad olunmuş ərazilərdə iş görmək üçün müraciət edən sahibkarlardan 50-si qadındır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, ölkədə iqtisadiyyatın formalaşmasında özəl sektorun payı 85 faizdir. Onun sözlərinə görə, ölkədə qəbul edilən bir çox dövlət proqramlarında sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir.
Güzəştli kreditlərlə bağlı danışan T.Mirkişili 86 sahibkara 3 milyondan artıq vəsait ayrıldığını diqqətə çatdırıb.
Gundelik-Baku.Org