"Youtube"da yeni funksiyalar: Daha da sadələşdirildi...

"Youtube"da yeni funksiyalar: Daha da sadələşdirildi...
"Youtube" sosial platformasında yeni funksiyanın tətbiqi üzərində testlər aparılır.
Yeni funksiya istifadəçilərin təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Belə ki, üzərində sınaqlar aparılan bu yeni funksiya “Save to watch later” bölməsinə əlavə edilmiş videoların istifadəçilər tərəfindən daha asan izlənməsi üçündür. Yeni funksiya istifadəçi hesabına başqa playlistlər əlavə etmədən öncədən baxışı daha sonraya ertələnmiş videoları izləmək imkanını verəcək.
Eyni zamanda, “Save to watch later” və “Save to playlist” özəlliklərindən əlavə olaraq videoservisə “Play last in queue” özəlliyi də əlavə edilib. Qeyd etmək lazımdır ki, ilk iki özəllik videoları daha sonra izləmək üçün onları ertələmək imkanını təqdim edir.
“Play last in queue” isə istifadəçi hesabında müddətlik playlist yaratmaq imkanını verir. Yaradılmış müddətlik playlistə əlavə edilmiş videolar izləndikdən sonra onlar avtomatik olaraq playlistdən silinir.
Qeyd edək ki, bu özəllik daha öncə "Youtube"un desktop versiyasında aktiv idi. İndi isə o, videoservisin Android və iOS versiyalarında istifadəyə verilib. Müddətlik playlist daxilində olan videoların sıralanmasını dəyişmək və ya hansısa videonu sola sürüşdürməklə onu playlistdən silmək olar.
Məlumata görə, yeni funksiyanın testi 28 yanvar tarixinə kimi aparılacaq. Onun bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində məlumat daha sonra təqdim ediləcək.
Gundelik-Baku.Org