Artıq “Whatsapp” hesabınınız planşetə bağlana biləcək

Artıq “Whatsapp” hesabınınız planşetə bağlana biləcək
“Whatsapp” şəxsi hesabınızı Android planşetlərə bağlanmasını həyata keçirən yeni funksiyasını təqdim edib. 
Bu barədə “WABetaInfo” saytı məlumat yayıb. 
Belə ki, əvvəllər bu proses üçün əlavə nömrə tələb olunurdu. İndi isə əlavə nömrəyə ehtiyac qalmadan profilinizi planşet cihazlarında işə sala biləcəksiniz. Bunun üçün sadəcə tətbiqin beta versiyasını planşetə yükləmək lazımdır. 
Qeyd edək ki, yeni funksiya hələ ki, test mərhələsindədir. Ancaq tezliklə platforma istifadəçilərində aktiv olunacaq. 
Gundelik-Baku.Org