Azərbaycan İsraildə səfirlik açır - YENİLƏNİB

Azərbaycan İsraildə səfirlik açır - YENİLƏNİB
Azərbaycanın İsraildə səfirliyi təsis edilir.
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
***12:11
Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Gundelik-Baku.Org