Partiyaların ləğvi ilə bağlı bu tələb aradan qaldırılır

Partiyaların ləğvi ilə bağlı bu tələb aradan qaldırılır
Seçkilərdə ardıcıl olaraq iki dəfə iştirak etməyən siyasi partiyaların ləğvi ilə bağlı tələb aradan qaldırılır.
Bu barədə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantında qeyd olunub.
Qanun layihəsinin ilkin variantında siyasi partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb əksini tapmışdı.
Gundelik-Baku.Org