Zakir Qaralovun qohumu işdən çıxarıldı

Zakir Qaralovun qohumu işdən çıxarıldı
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
APA xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bu gün vəzifəsindən çıxarılıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova faktı təsdiqləyib.
Qeyd edək ki, Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun əmisi qızıdır.
Gundelik-Baku.Org