Kamran Əliyev onu özünə köməkçi TƏYİN ETDİ

Kamran Əliyev onu özünə köməkçi TƏYİN ETDİ
Baş Prokurorluqda yeni təyinat olub.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə müşaviri Hümbətov Ceyhun Eldar oğlu Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bu vəzifəni daha öncə Mahir Abbasov tuturdu. O, bir neçə gün öncə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.
Gundelik-Baku.Org