Ordumuz ən müasir silahlar və hərbi texnika ilə təmin edilir

Ordumuz ən müasir silahlar və hərbi texnika ilə təmin edilir
"Dövlətimizin, o cümlədən hökumətin birbaşa qarşısında duran əsas məsələlərdən biri, ən vacibi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, onun daim lazım olan səviyyədə saxlanılmasıdır".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. 
Ə.Əsədov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika, silah-sursatla təchizatı, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə gələn ilin büdcə xəclərinin 16 faizi (5,3 mlrd. manat) həcmində vəsait nəzərdə tutulub".
Gundelik-Baku.Org