"Dövlət büdcəsi iqtisadiyyatın güzgüsü hesab edilir" - Baş nazir

"Dövlət büdcəsi iqtisadiyyatın güzgüsü hesab edilir" - Baş nazir
"Dövlət büdcəsi illik maliyyə planı olmaqla yanaşı, iqtisadiyyatın güzgüsü hesab edilir. Gələn ilin dövlət büdcəsində hazırkı dövrün reallıqları, problemləri və çətinlikləri, çağırışları əks olunub".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş anzir bildirib ki, ölkədə əsas cari təlabatın ödənilməsi, gələcək inkişaf üçün zəmin yaradılması, ehtiyac və imkanların düzgün balanslaşdırılması təmin edilməlidir.
Ə.Əsədov qeyd edib ki, dövlət büdcəsinin tərtibi zamanı makroiqtisadi maliyyə sabitliyi, strateji valyuta ehtiyatlarının qorunmasını diqqət mərkəzində saxlanılır.
Gundelik-Baku.Org