"Ciddi tədbirlər görüləcək" - Əli Əsədov

"Ciddi tədbirlər görüləcək" - Əli Əsədov
"Satınalma prosedurlarının təkmilləşdirilməsi, layihə-smeta sənədlərinin hazırlanması və layihələrin icrasının sürətləndirilməsi istiqamətində də ciddi tədbirlər görüləcək".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. O bildirib ki, səmərəsiz vergi və gömrük güzəşt və azadolmadan itirilən gəlirlərin bərpası üçün qiymətləndirmələr aparılaraq bu məsələlərə yenidən baxılması diqqətdə saxlanılacaq.
"İri dövlət şirkətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi və büdcədən asılılığın azaldılması sahəsində islahatlar davam etdiriləcək. Strategiya çərçivəsində təhsil sahəsində islahatların aparılması, eləcə də ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Ortamüddətli dövrdə fəaliyyət planı üzrə məktəblərdə tikinti-quraşdırma işlərinin mərhələli şəkildə aparılması üçün büdcə tələbatı (2.8 mlrd.manat) müəyyən edilib".
Gundelik-Baku.Org