ABŞ Türkiyəyə qarşı F-16 qadağasını ləğv etdi

ABŞ Türkiyəyə qarşı F-16 qadağasını ləğv etdi
ABŞ-ın 857 milyard dollar dəyərində Milli Müdafiə Səlahiyyəti Qanununun (NDAA) son variantında F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. 
ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi. Vaşinqton Türkiyə ilə birgə F-35 memorandumunu ləğv edərək, onu F-35 layihəsində qalan yeddi tərəfdaşla - Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveç ilə imzalayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ-ın beşinci yox, dördüncü nəsil F-16 qırıcılarının alınması təklifini açıqlayıb. Məsələ ABŞ Konqresində razılaşdırılmalıdır – Dövlət Departamenti bunun üçün lobbiçilik edir, konqresmenləri razı salır ki, saziş Vaşinqtonun maraqlarına xidmət edir.
"Konqresin hər iki palatasının plenar iclasında Qanun layihəsinin yekun variantında 18 nümayəndənin təqdim etdiyi F-16-nın Türkiyəyə satışını məhdudlaşdırıcı şərtlərlə əlaqələndirən bəndlər daxil edilməyib", - agentlik qeyd edib.
Gundelik-Baku.Org