"Kontakt Home" vətəndaşı evində `GİROV`a çevirib - MÜRACİƏT

"Kontakt Home" vətəndaşı evində `GİROV`a çevirib - MÜRACİƏT
"Şikayətim "Kontakt Home" mağazasındandır". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paulaşımında Arif adlı Sumqayıt sakini bildirir.

"Kontakt Home" vətəndaşı evində `GİROV`a çevirib

Daha sonra narazı vətəndaş yazır: "23 sentyabr tarixində çarpayı-matras almışam, gətirib ayın 25-i evə qoyublar. Dedilər, 2 günə qurlaşdırılması üçün usta gələcək. 2 gün sonra gəlmədi, dedilər 3 iş günü ərzində gələcək. Yenə gəlmədi *6060 a şikayət-falan... 4 cü gun usta gəldi çarpayını paketden özü açdı ve orta taxta qırıq çıxdı, yazdı, dedi dəyişəcəklər, o zaman quraşdırmağa gələcəm...

Müştəri məmnuniyyəti olsun deyə, sağ olsunlar 1 güne dəyişib qurlasdıracayıq dedilər... Səsli mesaj yazıları da var sübut kimi...

Amma 2 gündür ustanı hələ də göndərmirlər. 2 gün "quraşdırma edəcəyik" dedilər deye, usta rahat işləsin deyib köhnə çarpayıni söküb verdik başqasına. İndi matrası taxtaları eve gətrib yığıblar deyə, yer yoxdur evdə... Balaca uşaq da var. 10 gündür avara qoyublar bizi. Dediyim odur ki, belə indiye kimi saysız məhsul aldığım yer müştərisinə belə edirsə... Başa düşdüm ki, bu yerdən mebel, matras, döşək alınmalı yer deyil.

Sumqayıt boyda yerə bir mebel ustaları var. Ustanı indi de yığıram telefonu götürmür. Bunların ucbatından evdən çıxıb işlərimi gedib görə bilmirəm ki, gələcək mən çıxan kimi..."

Vətəndaş müraciəti ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Gundelik-Baku.Org