13 yaşlı qız bu səbəbdən evdən qaçdı

13 yaşlı qız bu səbəbdən evdən qaçdı
"Ötən gün 13 yaşlı qız Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib".
"Unikal" xəbər verir ki, bu barədə Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.
O bildirib ki, ilkin məlumata görə, qız anası dördüncü dəfə ərə getdiyi üçün evdən qaçıb:
"Uşağın ilkin qiymətləndirilməsində zob xəstəliyindən əziyyət çəkməsini müəyyən  etdik. Bir çox hallarda tiroid problemləri əsəb sarsıntıları ilə bağlı olur", - deyə K.Ağazadə qeyd edib.
Gundelik-Baku.Org