Anasının başını kəsib, eyvandan atdı - ANBAAN VİDEO

Anasının başını kəsib, eyvandan atdı - ANBAAN VİDEO
İstanbulun Bağcılar səmtində dəhşətli cinayət hadisəsi baş verib.  
Haberler.com xəbər verir ki, narkotik qəbul etmiş şəxs anasının başını kəsərək eyvandan atıb. Hadisə anbaan  kameralara əks olunub.
Əraziyə  sövq edilən polis qüvvələri  26 yaşlı A.S.-nı  saxlayıb. O, ilkin ifadəsində 58 yaşlı anası Həvva Sayanı naməlum səbəbdən öldürdüyünü deyib. 
Bir müdddət əvvəl psixiatriya xəstəxanasından qaçan  A.S barəsində  cinayət işi açılıb. Araşdırma  aparılır.  
Gundelik-Baku.Org