"Onun qızıyam, məni heç kim yıxa bilməz” - Sığınacaq sahibi

"Onun qızıyam, məni heç kim yıxa bilməz” - Sığınacaq sahibi
Xəbər verdiyimiz kimi, iddia olunur ki, "Sevgi evi” sığınacağında “Totu” ləqəbli uşağa işdəncələr verilir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb. Bildirmişdi ki, sığınacaqda yaşayan “Totu” (əsl adı Aysun) 2 il ərzində döyülüb. Sığınacaq sahibi Könül Qasımovanın isə uşaqlarla davranışı və hərəkəti barədə ona çoxsaylı müraciətlər daxil olub.
Məsələ ilə bağlı "Sevgi evi” sığınacağının sahibi Könül Qasımova “İnsagram” hesabında açıqlama verib: 
“Bu yaxınlarda mətbuat konfransı keçirəcəyik və bütün mətbuata bu barədə açıqlama veriləcək. Vəkilim Loğman Abdullayevlə birgə bütün orqanlara müraciət edəcəyik. İnsanlıqda adı olmayan məxluqlar yenə paylaşım ediblər. Mən o paylaşıma özüm cavab vermədim. Çünki ona uyğun adam deyiləm və heç kimin səviyyəsinə enmirəm. Sən Kəmalə, mənim adımı çəkməyə layiq deyilsən. O, şər-böhtanlarla bağlı, əlavə olaraq isə şərəf və ləqayətimin alçalmasına görə qanun qarşısında cavab verəcək.
O, da hər yerə müraciət edib. Uşağa heç nə olmayıb. Biz TƏBİB-lə mütəmadi əlaqədəyik. Körpə TƏBİB-in nəzdində olan Uşaq Nervpotologiya Xəstəxanasının reanimasiya şöbəsində yatıb. Əlimizdə müayinə kağızları var. Həmin xəstəxananın qeydiyyatındadır. Ayrıca, mən Zülfü Qasımovanın qızıyam və öz ailəmlə fəxr edirəm. Məni heç kim yıxa bilməz”, - deyə Könül Qasımova vurğulayıb.
Gundelik-Baku.Org