İsa Həbibbəyli şəhidin qardaşını şöbə müdiri TƏYİN ETDİ

İsa Həbibbəyli şəhidin qardaşını şöbə müdiri TƏYİN ETDİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Bu barədə AMEA-dan xəbər verilib.
H. Hüseynov 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdirinin müavini vəzifəsində işləyib.
Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.
Gundelik-Baku.Org