Tanınmış akademik vəfat etdi

Tanınmış akademik vəfat etdi
Tanınmış kimyaçı alim Musa Rüstəmov 93 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsini bitirib.
Alim 1959-1988-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1988-2011-ci illərdə həmin institutun direktoru olub. 
Qeyd edək ki, o, 2011-ci ildən vəfatına kimi müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri vəzifəsində işləyib.
Allah rəhmət eləsin!
Gundelik-Baku.Org