Bu komissiyanın tərkibi dəyişdi - SİYAHI

Bu komissiyanın tərkibi dəyişdi - SİYAHI
Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi dəyişib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri Orxan Nəzərli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi.
Komissiyanın sədrinin müavini İlkin Vəliyev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri;
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri;
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini;
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi; Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru;
“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru;
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru; Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini.
Gundelik-Baku.Org