DTX-nın əməliyyat keçirdiyi komitənin sədri İsa Həbibbəylinin oğludur

DTX-nın əməliyyat keçirdiyi komitənin sədri İsa Həbibbəylinin oğludur
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.
"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
  • DTX-nın əməliyyat keçirdiyi komitənin sədri İsa Həbibbəylinin oğludur - FOTO
Gundelik-Baku.Org