"Yoxlama gedir, oğlum da oradadır" - İsa Həbibbəyli (YENİLƏNİB)

"Yoxlama gedir, oğlum da oradadır" - İsa Həbibbəyli (YENİLƏNİB)
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, deputat İsa Həbibbəyli oğlunun rəhbəri olduğu Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatdan danışıb.
İsa Həbibbəyli "Unikal"a açıqlamasında bu sözləri deyib:
"Hazırda Naxçıvan Gömrük Komitəsində yoxlama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur", - deyə o bildirib.

***
15:51
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.
"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.
Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
Gundelik-Baku.Org