Aygün Bəylərin təxəllüs götürdüyü şəxsin QARDAŞI: "Həbsxanada yatan mən olmuşam"

Aygün Bəylərin təxəllüs götürdüyü şəxsin QARDAŞI: "Həbsxanada yatan mən olmuşam"
Xəbər verdiyimiz kimi, mərhum Əməkdar artist Aygün Bəylərin təxəllüs kimi götürdüyü Bəylər Quliyevin bir müddət həbsdə olması barədə məlumat yayılıb.

Sonxeber.az-a danışan Bəylər Quliyevin qardaşı Xanlar Quliyev yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib. O, bildirib ki, Bəylər Quliyev heç vaxt həbsxanada olmayıb:

"Həbsxanada yatan qardaşım deyil mən olmuşam. Bəylər mənim qardaşımdır. Bu məsələnin Aygün xanımla bağlı heç bir aidiyyəti yoxdur. Məsələni araşdırmadan məlumat yazmağı heç bir jurnalistə yaraşdırmıram".
Gundelik-Baku.Org