"İndi deyirik, Aygün Bəylərdən yox imiş... "

"İndi deyirik, Aygün Bəylərdən yox imiş... "
"Son vaxtlar dəyərli sənət adamlarının vaxtsız ölümü məni çox üzür. Ən çox pis olduğum isə biz həmin sənət adamının istedadını, mahnılarını ölümündən sonra paylaşmağa başlayırıq. Bu gün bayağı mahnı ifaçılarının, özünü çöldə qoyanların gündəmə gətirilməsi, bütün günü hər yerdə qarşımıza çıxması acınacaqlıdır. Kimsə dünyasını dəyişəndə isə deyirik, bundan yox imiş. İndi deyirik, Aygün Bəylərdən yox imiş... Heyf səndən, Aygün Bəylər. Səndən həqiqətən də yox idi, olmayacaq da...".
Bu sözləri müğənni Elvin Abdullayev mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı açıqlamasında deyib. Sənətçi xanəndə ilə bağlı sözlərinə belə davam edir:
"İndi Aygün Bəylərin istedadının fərqinə vardıq? Bəs, bu günə kimi bilmirdiniz? İnstaqramda, TikTok-da ancaq başqa, bayağı ifaçıları reklam edirdiniz. Kimsə çıxıb danışanda deyirlər, paxıldır. Paxıl deyil, sənət adamlarına dəyər verməyəndə məhv olub gedir. Hamı Aygün Bəylərin sonuncu konsertindən danışır. Bəs, indiyənə kimi niyə danışmırdınız? Onun hansı vəziyyətdə səhnəyə çıxdığını, canını sənətə fəda etdiyini niyə göyə qaldırmırdınız? İndi hamı Aygün Bəylər sevən oldu. Sənətkara vaxtında dəyər verin, paylaşın, sevindirin. İnanın bu, hər bir sənətçinin ürəyini açır, onun qəlbini fərəhləndirir. Öləndən sonra nəsə paylaşmağınızı o nə hiss edir, nə sevinir, nə də görür".
Gundelik-Baku.Org