“Qorxdum ki, övladım tək qalacaq” - Müğənni

“Qorxdum ki, övladım tək qalacaq” - Müğənni
Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Aygün Bəylər növbəti dəfə səhhəti ilə bağlı açıqlama verib.
Olay xəbər verir ki, bu barədə o, “Həmin Zaur” proqramında danışıb.
Sənətçi deyib ki, hazırda sağlamlığı yaxşıdır: 
“Göydə Allah, yerdə xalqımızın duaları sayəsində neçə vaxtdır ayağa qalxmışam. Həkimlərin dediyinə görə, 90 faizi keçib gedib. Deyirlər ki, yaxın zamanda tam bitəcək. Allahın varlığına qüdrətinə qurban olum. Uşaqlıqdan hər zaman dualar etmişəm. Bu sənətə gəlməyim də Allahın yardımı ilə olub, yəqin məni çox istəyir ki, həyatda saxladı. Yoxsa çox çətin idi. Ömrümün xəstəliklə mübarizə apardığım hissəsi aylı idi. Ancaq yatırdım.
Ömrümün günəşli dövrü musiqiyə həsr olunan hissəsi idi. Hər kim 100 yaşamasa, günah onun özündədir. Ölüm anı yaxınlaşanda qorxdum ki, övladım tək qalmasın. Mən tək olmuşam. Hazırda övladımın 13 yaşı var”.

Gundelik-Baku.Org