“Onun üçün kimin kim olduğunu dərk edərsiniz”

“Onun üçün kimin kim olduğunu dərk edərsiniz”
Xalq artisti Aygün Səmədzadə növbəti dəfə mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.
Bəstəkar onunla birgə çəkilən videonu izləyiciləri ilə bölüşüb. 
“Baxın. Ondan sonra danışa da, düşünə də, kimin onun üçün kim olduğunu dərk edə bilərsiniz bəlkə. Şərhə nə ehtiyac var ki? Ondan sonra...”, - deyə, Səmədzadə vurğulayıb.
Videoda isə A. Bəylər bəstəkara ”Sən mənim müəllimimsən. Oxuyanlardan başqa kimə müəllim olmusan ki?”,- deyib.
Qeyd edək ki, onların bir müddət öncə küsülü olduqları iddia edilmiş, Səmədzadə bu şayiələri yalanlamışdı.

Gundelik-Baku.Org