“Nələr yaşanıb bilmirsiniz”

“Nələr yaşanıb bilmirsiniz”
Aparıcı Zümrüd Bədəlova bir neçə gündür sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.

O, bu barədə “Xəbər-ətər” verilişində danışıb. O, Əməkdar artist Aygün Bəylərin vəfatından sonra yazılan şərhlərdən söz açıb:
“Bir ara hər kəs medianı günahkar çıxardı. Guya, biz diqqətsizik, sənətkarlara qiyməti gec veririk. Siz bilmirsiz, burada nə yaşanır. Çərçivənin içində olanları görmürsünüz. Əlbəttə kənardan baxıb fikir bildirmək çox asandır. Dünən Nigar Camal Aygün Bəylərlə duetini səsləndirdi. Göz yaşlarına boğuldu. Ağlamadan onu necə ifa etmək olardı, bilmirəm, ona belə şərhlər yazmısız ki, guya sağlığında dəyər verdinizmi ki, göz yaşı tökürsüz, ağlayırsız. Bəli. Çünki biz özümüzü tanıyırıq.
Özümüzü bilirik. Bu göz yaşları da bizim ürəyimizdən gəlir. Necə ki, Nigarın göz yaşları qəlbindən gəlirdi. Çünki yaşanmışlıqlar var. Nələr yaşanıb bilmirsiz. Biz sənətkarımızı itirmişik. Amma sizə maraqlı olan nədir? Nigarla Aygün Bəylər duet oxuyub. Görəsən, bu duetin pulunu kim vermişdi, kim çəkmişdi. Siz vaxtında dəyər verdinizmi? Biz dəyər veririk. Kimə vaxtında layiqincə necə dəyər vermək lazımdır, onu da gözəl bilirik. Mən o izləyicilərdən soruşmaq istəyirdim, Aygün Hümbətovanın hansı konsertinə getmisiz? Pul verib hansı konsertinə bilet almısız?”.


Gundelik-Baku.Org