“Sevənlərim çoxdur, amma seçim etməyə vaxtım yoxdur” - Aygün Kazımova

“Sevənlərim çoxdur, amma seçim etməyə vaxtım yoxdur” - Aygün Kazımova

"Əlbəttə, sevgi də yadıma düşür. Ona vaxt ayırmalıyam. Sevgi nəinki insanı, bütün dünyanı yaşadır. idarə edir".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Söhbət var" verilişində deyib. Pop diva Əməkdar artist Dilarə Əliyevanın sevgi ilə bağlı suallarını cavablandırıb. 

Ölkənin əsas ulduzu aparıcının "Aygün xanım, qar yağsa qartopu oynamaq istədiyiniz biri var" sualına belə cavab verib:

"Sevənlərim, elçi daşında oturanlarım çoxdur... Amma seçim etməyə vaxtım yoxdur. Amma ona bir az vaxt ayırmaq lazımdır. Biri də var ki, deyirsən, gedək qartopu oynamağa".

Gundelik-Baku.Org