“Sümüklərimi kiçiltmək üçün 6 ay yatmalıyam”

“Sümüklərimi kiçiltmək üçün 6 ay yatmalıyam”
Müğənni Roza Zərgərli arıqlamaq istəməsindən danışıb.
“Səhər mərkəzi “ proqramında açıqlama verib. Roza deyib ki, əməliyyat olunmağı düşünür: “Mən arıqlamışam. Əgər çəki atmağa davam etsəm, əməliyyat lazım olmayacaq”.
Roza aparıcı Afaq Gəncəlinin “Onsuz da əməliyyata gedəcəksən, lazım olacaq. Amma eşitdim ki, ölçülərini də kiçiltmək istəyirsən” sözlərinə “O başqa əməliyyatdır. Onun üçün sümükləri balacalaşdırmaq lazımdır. Həm də əməliyyatdan sonra 6 ay yatmalıyam. Baxacaqsan mənə?”,- cavabını verib.

Gundelik-Baku.Org