İran Ermənistan və Azərbaycana aviareysləri bərpa etdi

İran Ermənistan və Azərbaycana aviareysləri bərpa etdi
İran Azərbaycan və Ermənistana uçuşları bərpa edib, eləcə də bu ölkələrdən İslam Respublikasına uçuşların qadağasını aradan qaldırıb. 
Bu barədə ISNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb. 
“Qarabağda hərbi əməliyyatların başlanması ilə bağlı xəbərlər gələndə biz uçuşlara qadağa qoyduq. Artıq atəşkəslə bağlı məsələ məlum olub, ona görə də bəzi reyslərə icazə verilib”, - idarənin nümayəndəsi bildirib. 
Gundelik-Baku.Org