“Air-Arabia” Əbu-Dabidən Bakıya birbaşa uçuşları bərpa edir

“Air-Arabia” Əbu-Dabidən Bakıya birbaşa uçuşları bərpa edir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air-Arabia” aviaşirkəti Əbu-Dabidən Bakıya birbaşa uçuşları bərpa edir.
Bu il sentyabrın 13-dən başlayacaq birbaşa uçuşlar Əbu-Dabi Beynəlxalq Hava Limanından həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.
“Biz Əbu-Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlamaqdan məmnunuq. Bakı BƏƏ paytaxtından uçuşları genişləndirmək planlarımızda mühüm marşrutdur. Hər iki ölkədə aviasiya və turizm sənayesini dəstəkləyərkən, müştərilərə daha çox seçim, rahatlıq və təkmilləşdirilmiş hava əlaqəsi təmin etmək öhdəliyimizi təsdiqləyir”, - “Air Arabia”nın baş direktoru Adel Əl Əli deyib.
Gundelik-Baku.Org