İraq İran mallarına qadağa qoydu

İraq İran mallarına qadağa qoydu
İraq hökuməti 9 adda kənd təsərrüfatı məhsulunun İrandan bu ölkəyə idxalına qadağa qoyub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bununla bağlı İranın Ticarətin İnkişafı Təşkilatından bildirilib.
Bağdad hökumətinin qərarına əsasən, İranın pomidor, kartof, xiyar, soğan, balqabaq, badımcan, qarpız, qovun və bamiyə kimi məhsullarının İraqa ixracı növbəti xəbərdarlığa qədər qadağandır.
İran tərəfi bu qadağanın səbəbi və məsələnin təfərrüatı barədə heç bir açıqlama verməyib.

 
Gundelik-Baku.Org