İran parlamenti vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyur

İran parlamenti vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyur
İran mediası bu gün, dekabrın 26-da ölkə parlamentində bir neçə məsələnin müzakirəyə çıxarılacağı ilə bağlı məlumat yayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilib ki, gündəlikdə olan əsas mövzu İranda vəzifəli şəxslərin və bundan öncə səlahiyyət sahiblərinin ölkədən çıxışına qadağa qoyulması barədə layihənin müzakirəsidir.
Xatırladaq ki, İran rəsmilərinin ailələrinin ölkədən qaçması və onların bəzilərinin Londona yerləşməsi barədə məlumatlar yayılıb.

 
Gundelik-Baku.Org