Vüqar Behbudov kimə belə güvənir... - İLGİNC İDDİALAR...

Vüqar Behbudov kimə belə güvənir... - İLGİNC İDDİALAR...
Sosial Xidmətlər Agentliyinin Qarabağ qazilərinə xidmətdən imtina etməsi özbaşınalığına heç kim
hüquqi qiymət verilməsini təmin etmir, ya da etmək istəmir. Özbaşınalıq o həddə çatıb ki, qazilərin
sanatoriya-kurort müalicəsinin təşkil edilməsindən də imtina edilir. İmtinanın əsası kimi Nazirlər
Kabinetinin 12.08.2002 tarixli qərarı ilə əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya-kurort
putyovkaları ilə təmin edilməsinin ƏƏSMN -in səlahiyyətləri xaricində olması göstərilir. Bəs kimin
səlahiyyətləri daxilindədir? Buna isə aydınlıq gətirilmir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra deyilir: "Sosial Xidmətlər Agentliyinin açıq-aşkar qanuna, Konstitusiyaya hörmətsizliyi üzə çıxır. Məsələ
bundadır ki, NK qərarı Prezident fərmanından, fərman isə qanundan üstün ola bilməz. Prezidentin
30.06.2020 tarixli “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə
bağlı bir sıra tədbirlər haqqında” 1077 saylı fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin
Nizamnaməsinin 3.1.11 və 3.1.12 maddələrində əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı
tədbirlər görmək; vətəndaşların sanatoriya – kurort putyovkaları ilə təmin olunmasını TƏŞKİL
ETMƏK Sosial Xidmətlər Agentliyinin vəzifələrinə aid edilib . Agentlik isə Prezidentin fərmanını
saymır. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə görə, müraciətə
baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların
səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərməli və
bu barədə müraciət edənə məlumat verməlidir . Sosial Xidmətlər Agentliyinin qanuna hörmətsizliyi
ilə Konstitusiyaya , Konstitusiyanın qarantı olan Prezidentə də sayğısızlığı üzə çıxır.
Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası
məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada
məsuliyyətə səbəb olur. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi isə dövlətin adından çıxarılan
məhkəmə qərarını 7-ci ildir icra etməkdən qərəzlə imtina edir. Bakı İnzibati Məhkəməsinin
20.06.2016 tarixli , 2-1 (81)-1095/16 saylı qərarı ilə 1-ci dərəcəli Qarabağ qazisinin iki əlil elmi işçisi
olan dörd ayrı ailədən ibarət on nəfərlik ailəsi yeddinci ildir dövlətin adından çıxarılan məhkəmə
qərarının icrasına nail olub mənzillə təmin oluna bilmir. Nə Ombudsman qanunla üzərinə qoyulan
məhkəmə qərarlarının VAXTINDA icra olunmamasına görə pozulmuş insan hüquqlarını bərpa edir, nə
məhkəmə İnzibati Prosessual Məcəllənin 216-220 maddələrinin tələblərinə uyğun olaraq borclu
inzibati orqana icranın məcbur edilməsi üçün sanksiyalar tətbiq edir; Bakı İnzibati Məhkəməsi heç
tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin ərizələrinə belə qeyri-prosessuallıqla baxmır. Baş prokuror
yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin özbaşınalığa özbaşınalıqla qiymət vermə(mə)si də
barəsində şikayət edilən qurumla qeyri-prosessual münasibətə girməsindən qaynaqlanır. Təsəvvür
edin, tələbkarın borclu Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə
küçəsində əlil və şəhid ailələrinə tikilən evin rüşvətlə gizlin bölünməsindən 161-ə şikayətinə
Ombudsmanın işə qarışmasının sonucu olaraq 2 ildən sonra (?) 09.09.2021-ci ildə izahatı alınmaqla
“baxılıb” və 13 aydır özünü Rəşad Məmmədov kimi təqdim edən prokurorluq əməkdaşının nə özü
tapılır, nə də qərarı. Belə bəlli olur ki, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı rüşvətlə
cinayəti ört- basdır edir. Ədliyyə Nazirliyinin icra məmurlarından heç danışmaq mümkün olmur ,
rüşvətlə tələbkarı borclu çıxarıb, həbslə tələbindən imtina etdirirlər. Qalır dövlətin birinci şəxslərinin
dövlət adından qarantiyası.
2022-ci ilin 10 iyununda 1-ci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənovun qəbulunda olan 1-ci
dərəcəli Qarabağ qazisi ailəsinin şikayəti Ədliyyə Nazirliyinə və ƏƏSMN -ə göndərilib . Bu günlərdə - 4
aydan sonra (?) Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov hətta şərəfinə sığışdırıb cavabı
imzalamaqdan da imtina edib, müavini Zaur İbrahimov bir sicilləmə cavabla 1-ci vitse-prezidentə
hörmətsizliyini elə ortaya qoyub ki, dövlətə də, onun başçılarına da Konstitusiyaya da inam ölüb.
(ƏƏSMN RƏHBƏRLİYİNƏ XATIRLADIRIQ ki, ALİ DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARINDAN DAXİL OLAN
MÜRACİƏTLƏRƏ CAVABI qanunun tələbinə görə QURUMUN BAŞÇISI İMZALAMALIDIR). Təsəvvür
edin, Sosial Xidmətlər Agentliyi 2016-cı il tarixli məhkəmə qərarının 7 il qabaq (?) icra olunduğunu
bildirib, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiyanın isə Bakı İnzibati
Məhkəməsinin qərardadı ilə mümkün olmadığını vurğulayıb. Buna da şükür, 7 il qabaq müalicə
olunmağı əsas tutmayıb.
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin xidmətdən imtinasının məhkəmə bazarlığına son
qoyan olacaqmı? Ümumiyyətlə, xidmətdən imtina edən, qaziləri intihara sürükləyən Sosial Xidmətlər
Agentliyinə ehtiyac varmı? Ondansa, “sosial intiharlar xidməti” daha məqsədəuyğun olardı".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Gundelik-Baku.Org