Bakıda Türkiyə üçün qürurverici görüntü - Yardım gətirən insanların ardı-arası kəsilmir - FOTO

Bakıda Türkiyə üçün qürurverici görüntü - Yardım gətirən insanların ardı-arası kəsilmir - FOTO
Azərbaycan xalqı Türkiyədə zəlzələ nəticəsində çarəsiz duruma düşən insanlara yardım etmək üçün səfərbər olub. 
Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır. Artıq yardımın sayı o qədər çoxdur ki, mebel mağazasının zirzəmisi dolub daşır.
İnsanlar yardımları mebel mağazası ilə üzbəüz yerləşən Babək körpüsünün altına yığırlar. İnsan selinin ardı-arası isə kəsilmir. İnsanlar yardım gətirməkdə davam edirlər.



 
Gundelik-Baku.Org