Avropa Parlamentinin heç bir qətnaməsi Azərbaycanın haqq işinə mane ola bilməz

Avropa Parlamentinin heç bir qətnaməsi Azərbaycanın haqq işinə mane ola bilməz
Bildiyimiz kimi, yanvarın 18-də Avropa Parlamenti yenidən biabırçı bir qətnamə layihəsi qəbul edib. Qətnamə yenə də Avropa Parlamentinin əsl mahiyyətlərini ortaya qoyur, onların ermənipərəst niyyətini ifşa edir, yalan və iftira üzərində köhnələn bir sənəd qəbul olunur. Onlar Azərbaycanı Ermənistana qarşı hərbi təcavüz ilə ittiham edirlər. Otuz il ərzində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Ermənistan tərəfindən dağıdılan bütün ərazilər Azərbaycan tərəfindən bərpa olunur. Bir milyondan çox keçmiş məcburi köçkün və qaçqınlarımız var. İndi isə Ermənistan Azərbaycanı Qarabağı, Laçın-Xankəndi yolunu blokadaya almaqla ittiham edir. Belə bir sual yaranır: bəs nə üçün siz işğaldan azad olunmuş ərazilərimizdə noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra 300-dən çox Azərbaycan vətəndaşının Ermənistanın mina terrorunun qurbanı olmasına göz yumursunuz? Minalar bu ərazilərə necə daşınıb? Təbii ki, Laçın dəhlizi vasitəsilə daşınıb, başqa danışacaq yol da yoxdur. Deməli, Laçın-Xankəndi yolu sülhə, regiondakı təhlükəsizliyə deyil, regiondan insanlıq əleyhinə fəaliyyət mexanizminə çevrilibmiş. Bunu Avropa Parlamentində niyə görmürlər?
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
O bildirib ki, Azərbaycanı guya erməni hərbi əsirlərinin saxlanılması ilə ittiham edirlər. Azərbaycanda heç bir erməni əsir yoxdur. Bu həqiqətdir. Onlar guya çalışırlar ki, Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırsınlar. Avropa Parlamentinin qəbul etdiyi heç bir qətnamə bizim haqq işimizə mane ola bilməz.
"Azərbaycan Prezidenti İlham Əliyevin çox qətiyyətli mövqeyi var. Dövlətimizin başçısının dediyi kimi, bizim işimiz haqq işidir. Biz qalib xalq, qalib dövlətik. Heç kim bizi tutduğumuz yoldan çəkindirə bilməz. Azərbaycan bu gün, sözün həqiqi mənasında Avropanın enerji təhlükəsizliyində müstəsna yol oynayır. 2027-ci ilə qədər biz Avropaya 20 milyard kubmetrə qədər qaz tədarük etməyi planlaşdırırıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün artıq yeganə mənbədir. Eyni zamanda, bu gün Azərbaycan Avropaya həm də yaşıl enerji sahəsində töhfə vermək siyasəti həyata keçirir. Keçən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerji haqqında tərəfdaşlıq sənədi bir daha təsdiqləyir ki, Azərbaycan Avropaya sadəcə neft, qaz deyil, həm də yaşıl enerji ixrac edəcək. Bu da onu deməyə əsas verir ki, qətnamənin qəbulu ilə Avropa Parlamenti öz oturduğu budağı kəsməklə məşğuldur", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Avropa Parlamentinin bu davranışları heç bir reallığa söykənmir. Biz Avropa İttifaqı ilə strateji anlaşma sənədi imzalamaq istəyirik. Avropa Parlamentinin bizimlə bu yollarla danışmağının heç bir mənası yoxdur. Onların qəbul etdiyi sənədlər bizim üçün kağız parçasından başqa bir şey deyil. Bizim işimiz haqq işidir. Biz öz mövqelərimizi istənilən səviyyədə müdafiə edirik. Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti xalq tərəfindən birmənalı olaraq dəstləklənir.
Gundelik-Baku.Org