Metsamor AES direktoru mənimsəmədə ittiham olunur

Metsamor AES direktoru mənimsəmədə ittiham olunur
Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının keçmiş baş direktoru 1 milyon dollardan çox pul mənimsəməkdə ittiham olunur.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğuna məlumat yayıb.
2002-2014-cü illərdə bu vəzifədə çalışan direktorun stansiya üçün baha qiymətə avadanlıq alması ilə bağlı əsaslı şübhələr yaranıb.
Xatırladaq ki, 1976-cı ildə istismara verilən Metsamor AES Türkiyə sərhədi yaxınlığında yerləşir. İstifadə müddəti çoxdan başa çatdığından o region üçün böyük təhlükə mənbəyi sayılır.
Gundelik-Baku.Org