DSX Xəzərdə 2 kq narkotik aşkarladı

DSX Xəzərdə 2 kq narkotik aşkarladı
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, yanvar ayının 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmış bir ədəd şübhəli kisə aşkarlanıb.
Aşkar edilmiş kisəyə baxış zamanı 2 kiloqram 070 qram narkotik vasitə (1 kiloqam 990 qram “marixuana” və 80 qram “həşiş”) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Gundelik-Baku.Org