Həbsxanadakı qardaşına narkotik keçirmək istədi

Həbsxanadakı qardaşına narkotik keçirmək istədi
Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum ediləm məhkum Ayaz Mahmud Rza oğlu Məmmədovla qısamüddətli görüşə gələn qardaşı Bakı şəhər sakini Akif Mahmud Rza oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 0,393 qram narkotik maddə - heroin, ümumi çəkisi 0,098 qram psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,080 qram olan metadon preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org