Yaxınları 29 yaşlı bu gənci AXTARIR

Yaxınları 29 yaşlı bu gənci AXTARIR
Bakıda 29 yaşlı gənc oğlan itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb: "Onun yaddaş pozğunluğu olması ehtimal edilir. Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".
Gundelik-Baku.Org