Manana dünyasını dəyişən Kikabidzedən yazdı

Manana dünyasını dəyişən Kikabidzedən yazdı
Gürcü əsilli Azərbaycan müğənnisi, Əməkdar artist Manana Çaparidze dünyasını dəyişən Gürcüstanın Xalq artisti Vaxtanaq Kikabidzeylə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi Kikabidzenin fotolarının yer aldığı şəkillərdən hazırlanmış videonu instaqramda izləyicilərlə bölüşüb.

“Çox ağır bir itki, çox heyif… Bizim əvəzolunmazımız, hamımızın sevimlisi, böyük insan… Sizin üçün çox darıxacağıq. Ailəmiz adından yaxın və əziz insanlarınıza dərin hüznlə başsağlığı veririk, dərdlərinə şərik oluruq. Kikabidze bizim qəlbimizdə əbədi qalacaq. Allah rəhmət etsin”, - deyə, Manana qeyd edib.

Xatırladaq ki, Vaxtanq Kikabidze yanvarın 15-i dünyasını dəyişib. O, 19 yanvarda Tbilisi qəbiristanlığında anasının məzarının yanında torpağa tapşırılacaq.

Gundelik-Baku.Org